"Peyvənd vurduran bu şəxslər yenidən yoluxa bilər" -  XƏBƏRDARLIQ
17 noyabr 2021 15:55 (UTC +04:00)

"Peyvənd vurduran bu şəxslər yenidən yoluxa bilər" - XƏBƏRDARLIQ

“Elə xəstəliklər var ki, onlara qarşı peyvənddən sonra ömürlük immunitet yaranır”.

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov COVID-19  mövzusunda çıxışında deyib.

O bildirib ki, 3-cü doza peyvənd  vurulmalıdır: 

“Xəstəliyə yoluxanlarda və peyvənddən sonra yaranan immunitet müəyyən müddət sonra zəifləyir. 50 yaşdan yuxarı, xəstəlikləri olan insanlar peyvənd vurdursalar da, immunitetin zəifləməsi baş verir. Onlarda immunitet azala, təkrar yoluxma baş verə bilər. Hətta yenidən xəstəliyi ağır keçirmələri də mümkündür. Bunların baş verməməsi üçün 3-cü doza peyvənd vurulmalıdır. Bu, digər ölkələrdə də belədir”.

T. Eyvazov qeyd edib ki, Azərbaycanda vəziyyətlə bağlı nisbi sakitlikdir:

 “Vəziyyət idarə olunur. İstəyirik ki, nəzarət əlimizdə qalsın. Hazırda 3-cü doza peyvənd  vurduranlar olsa da, heç peyvənd vurdurmayanlar peyvəndləmədə aktiv iştirak etmirlər”.

# 2562
avatar

Aytəkin Cəlali

Oxşar yazılar