İndoneziyanın Qərbi Yava əyalətinin Çianjur şəhərinin səlahiyyətliləri peyvəndlənən yaşlılar üçün mükafat proqramı başladıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, COVID-19-a qarşı peyvənd vurduranlara toyuq hədiyyə edilir.
Bu qərar əhali arasında peyvəndlənməyə motivasiyanı artırmaq üçün verilib. Polis məmuru Apria Qalihanın sözlərinə görə, yaşlı insanlar peyvənd edilmək istəmirdilər, çünki internetdə dərmanla bağlı çoxlu şayiələr yayılmışdı. Bəzi vətəndaşlar peyvəndin koronavirüsa yoluxmadan xilas etməyəcəyinə, əksinə ciddi xəstəliklərə səbəb olacağına və hətta ölümə səbəb olacağına əmin idilər.
Bu baxımdan, polis həvəsləndirici və maarifləndirici kampaniyanı başlatmaq üçün dairə hökuməti və yerli sağlamlıq mərkəzləri ilə birləşib.
İndoneziya Səhiyyə Nazirliyinin məlumatına görə, 50 yaşdan yuxarı insanların 20 faizdən azı ilk peyvənd dozasını alıb.
Qaliha bundan əvvəl 200 sakindən yalnız 25-nin peyvənd almağa hazır olduğunu, indi müraciət edənlərin gündəlik 250 nəfərə çatdığını qeyd edib.