Peyvənd olunan müəllimlərin sayı  AÇIQLANDI
08 iyun 2021 12:36 (UTC +04:00)

Peyvənd olunan müəllimlərin sayı AÇIQLANDI

“Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Peyvəndləmə Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların peyvəndləmə prosesi keçirilir.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, şəhərdə yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir:

"Hazırki dövrədək paytaxtdakı təhsil müəssisələrində çalışanların 82 faizi peyvəndləmə prosesinə qoşulub".

Məlumatda qeyd edilib ki, BŞTİ-nin kollektivi də peyvəndləmə prosesində iştirak edib.

# 1446
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar