Pensiyaçılara  ŞAD XƏBƏR:   Bu tarixdə pullar ödəniləcək
24 fevral 2025 12:12 (UTC +04:00)

Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdə pullar ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 25-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Lent.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

2025-ci il yanvarın 1-dək təyin edilən bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödəniləcək, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2592

Oxşar yazılar