Pensiyaçılar üçün yaşayış minimumunun məbləği artırılır
01 noyabr 2022 14:51 (UTC +04:00)

Pensiyaçılar üçün yaşayış minimumunun məbləği artırılır

Növbəti ilin sonuna orta aylıq pensiya məbləği üzrə proqnozlaşdırılan artım tempi orta aylıq əmək haqqının artım tempi ətrafında olsa da, pensiya xərcinin cari ilin sonuna gözlənilən pensiya xərcindən 17,7% çox nəzərdə tutulur.

Lent.az-ın xəbərinə görə, bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Rəydə qeyd edilib ki, növbəti ildə proqnozlaşdırılan pensiya xərcinin cari ilin sonuna gözlənilən pensiya xərcinə orta aylıq əmək haqqının artım tempi tətbiq edildikdən sonra formalaşan (növbəti il üzrə proqnozlaşdırılan pensiya xərci = 5907,2 mln. manat – cari ilin sonuna gözlənilən pensiya xərci = 5020,0 mln. manat * orta aylıq əmək haqqının artım tempi =14,5%) məbləğdən orta hesabla 159,3 mln. manat çox olması pensiya xərcinin tərkibində əsasən əvvəlki dövrlər üzrə formalaşmış, lakin növbəti ildə ödənişi təmin ediləcək pensiya məbləğlərinin yer alması ilə əlaqələndirilə bilər. Təqdim edilmiş məlumata əsasən əmək pensiyasının yenidən hesablanması, yaxud əvvəlki tarixdən pensiya hüququnun formalaşması nəticəsində yaranmış öhdəliyin həcminin növbəti ilin əvvəlində 15,0 mln. manat olacağı, il ərzində isə 70,4 mln. manat məbləğində əlavə öhdəliyin yaranacağı proqnozlaşdırılıb. Eyni zamanda Fond tərəfindən təqdim edilmiş digər məlumatda yuxarıda qeyd edilən öhdəlik üzrə göstəricilərin yalnız ümumi əsaslarla pensiya təyin edilmiş şəxslər üzrə formalaşdırıldığı, müvafiq proqram təminatının funksionallığının tam təşkil edilməməsi səbəbindən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə öhdəliklərin həmin məbləğlərdə əks etdirilmədiyi bildirilib. Qeyd edək ki, Fondun büdcə potensialının qiymətləndirilməsi zamanı müəyyənləşdirilməsi zəruri hesab edilən faktorlardan biri də keçmiş dövrlər üzrə formalaşmış məcmu öhdəlikdir. Lakin qeyd edilən məcmu göstəricilərin mərkəzləşmiş qaydada uçotunun aparılmaması Fond tərəfindən pensiya xərclərinin daha dərin əsaslılıq üzərindən deyil, makro səviyyədə yanaşmaların əsas götürülməsi, eləcə də risklərin minimallaşdırılması məqsədilə göstəricilərin baş verə biləcək daha yuxarı həddə olmaqla müəyyənləşdirilməsi yolu ilə proqnozlaşdırıldığını əks etdirir. Başqa sözlə, cari ilin I yarısında pensiya xərcinin (maddi yardım ilə birlikdə) proqnoz göstəricisinin 46,4%-ni təşkil etməsi, ilin II yarısında pensiya xərcində əlavə yüklülük yaradacaq halların gözlənilməsi yuxarıda qeyd edilən fikrin təsdiqi olaraq Fondun ehtiyatlı mövqedən çıxış etməklə göstəricilərin daha yuxarı həddə proqnozlaşdırdığını göstərir.

Növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub ki, bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir.

# 1935
avatar

Oxşar yazılar

Alıcıların DİQQƏTİNƏ!   Bu halda mağazadan əlavə pul ala bilərsiniz

Alıcıların DİQQƏTİNƏ! Bu halda mağazadan əlavə pul ala bilərsiniz

3 fevral 2023 , 18:51
Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB

Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB

3 fevral 2023 , 17:00
Azərbaycanda uşaqlar arasında DONUZ QRİPİ  yayılır? – HƏKİM AÇIQLADI

Azərbaycanda uşaqlar arasında DONUZ QRİPİ yayılır? – HƏKİM AÇIQLADI

3 fevral 2023 , 16:57
Heydər Əliyev prospektində şəhər istiqamətinə hərəkət dayandırılır

Heydər Əliyev prospektində şəhər istiqamətinə hərəkət dayandırılır

3 fevral 2023 , 16:50
Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA

Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA

3 fevral 2023 , 16:00
Türkiyədə sevilən həkim-bəstəkar  fəxri professor   oldu

Türkiyədə sevilən həkim-bəstəkar fəxri professor oldu

3 fevral 2023 , 15:25
Axşam sərxoş olan sürücüyə səhər cərimə yazıla bilər? - CAVAB

Axşam sərxoş olan sürücüyə səhər cərimə yazıla bilər? - CAVAB

3 fevral 2023 , 14:10
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

3 fevral 2023 , 13:55