Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA
06 noyabr 2021 14:15 (UTC +04:00)

Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA

2022-ci ildə orta aylıq pensiya məbləğinin 14,4 manat artaraq 343,2 manat məbləğində olacağı proqnozlaşdırılır.

Lent.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində bildirilib.

Rəydə qeyd edilib ki, əmək pensiyalarına dair tərtib edilmiş statistik hesabata əsasən cari ilin əvvəli ilə müqayisədə ilin I yarısında əmək pensiyaları üzrə ümumi orta aylıq pensiya məbləği 26,6 manat (8,8%), o cümlədən yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26,9 manat (8,1%), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26,0 manat (10%), ailə başçısını itirməyə görə pensiya növü üzrə isə 23,1 manat (8,8%) artıb.

Rəydə qeyd edilib ki, orta aylıq pensiya məbləğlərində nəzərəçarpacaq artımlar 2019-cu ilin sonlarından başlayaraq müşahidə olunmaqdadır. Bu tarixdən pensiya məbləğlərində əsaslı dəyişikliklərin baş verməsi əmək pensiyasının minimum məbləğinin artırılması, orta aylıq nominal əmək haqqının artım tempinin yüksək olması və buna müvafiq olaraq pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, müvafiq kateqoriyadan olan şəxslərin əməkhaqlarının artımı hesabına həmin kateqoriyaya aid edilən və hazırda pensiyaçı olan şəxslərə təyin edilmiş pensiyaların yenidən hesablanması ilə bağlıdır.

# 6843
avatar

Oxşar yazılar

FHN-in növbəti qrupu Türkiyədə zəlzələ bölgəsinə yola düşüb -FOTO  -VİDEO  -YENİLƏNİB

FHN-in növbəti qrupu Türkiyədə zəlzələ bölgəsinə yola düşüb -FOTO -VİDEO -YENİLƏNİB

7 fevral 2023 , 10:30
Azərbaycanın xilasediciləri Kahramanmaraşda zəlzələ bölgəsindədir

Azərbaycanın xilasediciləri Kahramanmaraşda zəlzələ bölgəsindədir

7 fevral 2023 , 09:16
Azərbaycanın hərbi tibb personalı Türkiyəyə yola düşdü  - FOTO

Azərbaycanın hərbi tibb personalı Türkiyəyə yola düşdü - FOTO

7 fevral 2023 , 04:25
FHN-in  növbəti yardımı   Türkiyəyə yola salınacaq - FOTO

FHN-in növbəti yardımı Türkiyəyə yola salınacaq - FOTO

6 fevral 2023 , 21:15
Zəlzələdən xilas olan qocalar evi sakinlərinin ÜRƏK DAĞLAYAN  görüntüləri - VİDEO

Zəlzələdən xilas olan qocalar evi sakinlərinin ÜRƏK DAĞLAYAN görüntüləri - VİDEO

6 fevral 2023 , 17:42
Gənc qız lotoreyada  36 milyon dollar   uddu

Gənc qız lotoreyada 36 milyon dollar uddu

6 fevral 2023 , 17:31
 Buraxılış imtahanlarının   şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

6 fevral 2023 , 16:41
Türkiyəyə yola düşən FHN əməkdaşlarından ibarət bir qrup Adanaya çatıb

Türkiyəyə yola düşən FHN əməkdaşlarından ibarət bir qrup Adanaya çatıb

6 fevral 2023 , 16:21