"25 il əvvəl narkotikdən istifadə edənlərdə 1-2 aya absent durum yaranırdı".
Lent.az məlumat verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. O bildirib ki, hazırda daha çox yayılan sintetik heroinin ("patı") nəticəsində daha tez absent durum baş verir:
"Bu müddət 2-3 həftə ərzində olur. Bunu dayandırdıqda isə şiddətli ağrılar baş qaldırır və istifadə edən şəxslər depressiyaya asanlıqla düşürlər".