Bu gün Oxu.Az informasiya saytı 10 yaşını qeyd edir.
Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb. Bu gün Oxu.Az “Global Media Group” media holdinqinin tərkibində fəaliyyət göstərir.
Saytda onlarla işçi fasiləsiz işləyir. Hər gün yüzlərlə xəbəri iki dildə - Azərbaycan və rus dillərində dərc edir. Oxu.Az kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.
Lent.az kollektivi adından həmkarlarımızı yubiley yaşı münasibətilə təbrik edir və uğurlar arzu edirik!