Qarayazı Dövlət Təbiət Qoruğu əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Kür çayının Qoruq ərazisindən keçən hissəsində qanunsuz balıq ovuna cəhd edən şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Lent.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Tovuz rayon sakini Amin Abdullayev və Ağstafa rayon sakini Biləndər Qurbanov olduğu müəyyənləşdirilib.
Faktla bağlı təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülüb və onlardan qanunsuz ov alətləri götürülüb.