“Öncə Vətəndir” layihəsinin icrasına başlanıb
09 fevral 2022 10:53 (UTC +04:00)

“Öncə Vətəndir” layihəsinin icrasına başlanıb


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Öncə Vətəndir” layihəsinin icrasına başlayıb.

Lent.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. 

3 ay davam edəcək layihə çərçivəsində Vətən müharibəsində qələbəni şərtləndirən amillər barədə araşdırma xarakterli 16 yazı sifariş ediləcək. Yazılar peşəkar ekspert tərəfindən baxıldıqdan və yazılarda çatışmayan məqamlar aradan qaldırıldıqdan sonra mətbuatda dərc ediləcək.  

Layihənin uğurla həyata keçirilməsi nəticəsində xüsusən gənc nəsil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyəti, Vətən müharibəsində qələbəni şərtləndirən amillər barədə məlumatlandırılacaq.

Bu da “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin vətənpərvərlik təbliğatına vətəndaş cəmiyyəti institutu kimi bir töhfəsi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653
avatar

Oxşar yazılar