“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Öncə Vətəndir” layihəsi həyata keçirib.
Lent.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə vermək olub.
3 ay davam edən layihə çərçivəsində Vətən müharibəsində qələbəni şərtləndirən amillər barədə araşdırma xarakterli 16 yazı sifariş edilib. Yazılar peşəkar ekspert tərəfindən baxıldıqdan və yazılarda çatışmayan məqamlar aradan qaldırıldıqdan sonra mətbuatda dərc edilib.
Layihənin uğurla həyata keçirilməsi nəticəsində xüsusən gənc nəsil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyəti, Vətən müharibəsində qələbəni şərtləndirən amillər barədə məlumatlandırılıb..
Bu da “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin vətənpərvərlik təbliğatına vətəndaş cəmiyyəti institutu kimi bir töhfəsi olub.

“Öncə Vətəndir” layihəsi həyata keçirilib

Oxşar yazılar

Sabah 33 marşrutun istiqaməti dəyişdirilir
25 iyun 2022 , 14:16
DİQQƏT! Sabah bu yollar bağlı olacaq
25 iyun 2022 , 13:13
Azərbaycanda erkən nikahla bağlı bütün polis şöbələrinə XÜSUSİ TAPŞIRIQ
25 iyun 2022 , 12:54
Hazırda bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
25 iyun 2022 , 12:17
Sabah külək əsəcək, yağış yağacaq - HAVA PROQNOZU
25 iyun 2022 , 11:44
Bakıda sürücüləri çaş-baş salan "ağac işıqfor" - FOTO
25 iyun 2022 , 11:14
Lent.az-ın 14 yaşı tamam oldu
25 iyun 2022 , 00:00