Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu “Omicron”nun mutasiyaya uğramış BA.2 variantının necə aşkar edilməsi ilə bağlıdır.
Xəbər verdiyimiz kimi, “Omicron”dan sonra onun mutasiyaya uğramış BA.2 variantı ortaya çıxıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yeni variant artıq 43 ölkədə tapılıb. Danimarkada aparılan araşdırmalar nəticəsində bəlli olub ki, BA.2 “Omicron”dan 1,5 dəfə daha çox yoluxucudur.
“Statens Serum Institut”unun rəhbəri Tyra Grove Krause isə BA.2-ni peyvənd vurdurmayan şəxslərin daha ağır keçirəcəyini açıqlayıb. Yeni mutasiya ən çox Danimarka, Böyük Britaniya, Belçika, İtaliya və Fransada yayılıb.
BA.2-nin əsas əlamətləri isə öskürək, burun axması və halsızlıqdır.
Bəs, BA.2-ni necə aşkar etmək olar?
Lent.az xarici mediaya istinadən bildirir ki, yeni variantın “Omicron”dan əsas fərqi isə odur ki, onu test verməklə aşkar etmək olmur.