“Omicron”un daha yeni əlamətləri açıqlanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni variantın öksürək, halsızlıq, nəfəs darlığından başqa yeni bir əlaməti də üzə çıxıb.
Hindistan mediasının irəli sürdüyü fikrə görə, dırnaqların mavi, bənövşəyi və boz olması da “omicron”a işarət edir. Onlar bildirir ki, dırnaqlarda əsaslı rəng dəyişikliyi olarsa, mütləq test vermək lazımdır.
Qeyd edək ki, uzun müddət davam edən yorğunluq da “omicron”un əlaməti kimi səciyyələndirilib.