Ombudsman 3060, Konstitusiya Məhkəməsi sədri 3500 manat maaş alacaq
20 iyun 2022 19:13 (UTC +04:00)

Ombudsman 3060, Konstitusiya Məhkəməsi sədri 3500 manat maaş alacaq

İnsan Hüquqları üzrə müvəkkilin maaşı artırılır.

Lent.az-ın  APA-ya istinadən xəbərinə görə, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alır.

Dəyişikliyə əsasən, müvəkkil 3060 manat məbləğində vəzifə maaşı alacaq.

***

Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı artırılır.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Konstitusiya Məhkəməsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 50 %-i məbləğində vergilərdən azad olunan aylıq pul təminatından ibarət olacaq.

Qüvvədə olan qanuna görə Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə vergilərdən azad olunan aylıq pul təminatından ibarətdir.

Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3500 manat olacaq.

Qüvvədə olan qanuna əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabər olacaq.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Oxşar yazılar