“Hadisənin intihar,  yoxsa sui-qəsd  olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
19 may 2025 15:53 (UTC +04:00)

“Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı

Mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb və intensiv ibtidai istintaq tədbirləri aparılır.

Qeyd edək ki, mərhumun ailəsi övladlarının döyülərək qətlə yetirildiyini iddia edir. Həmçinin şəxsin intihar etməsi ilə bağlı məlumatlar da dolaşır.

“Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, hadisə baş verdikdən sonra əməliyyat-istintaq tədbirləri həyata keçirilir:

“İlkin olaraq məhkəmə tibbi-ekspertizası təyin olunur. Burada xəsarətlərin mexanizmi, yetirilmə şəraiti, müddəti müəyyən olunmalıdır. Xəsarətin fiziki müdaxilə, yoxsa şəxsin yıxılması nəticəsində yarandığı araşdırılır. Ekspertiza zamanı bu xəsarətlərin hansı şəraitdə yetirildiyi aşkar ediləcək. Bundan əlavə, əməliyyat-istintaq tədbirləri həyata keçirilərkən nəzərə alınmalı hallar var. Hadisənin hansı şəraitdə, necə baş verdiyini bilmədən ilkin versiyalar səsləndirmək çox çətindir. Çünki bizim əlimizdə zəruri istintaq materiallarına çıxış imkanı yoxdur. hansısa bir videoya baxmaqla hadisənin mexanizmi barədə əsaslı dəlil gətirməyimiz çox çətindir. Burada istintaqa inanmalıyıq və istintaqın dolğun informasiya verməsini gözləməliyik”.

Rus sülhməramlıları, erməni seperatçıları faydalı qazıntılardan istifadə  etməkdə Azərbaycana qadağa qoya bilməz"- Şamil Paşayev

Hüquqşünas ehtimal edir ki, ekspertizanın cavabı 1 aya çıxacaq:

“Bundan sonra biz cavab tapacağıq. Burada istintaq təkcə qəsdən adam öldürmə halını araşdırmır. Həm intihar, həm ehtiyatsızlıqdan ölümə səbəb olma, şəxsin yıxılması və ya hər hansı şəxs tərəfindən törədilməsi araşdırılır. Çəkilən video da istintaqa təqdim ediləcək. O videonu çəkənin də ifadəsi alınacaq.

Ekspert araşdırması nəticəsində şəxsin fiziki təsir, yoxsa hündürlükdən yıxılması nəticəsində xəsarət almasını təyin etmək çətin deyil”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134

Oxşar yazılar