Yarımmüdafiəçi Luka Modriç çox güman ki, "Santyaqo Bernabeu"da qalacaq. Xabi Alonso xorvatiyalı ilə müqavilənin uzadılmasını istəyib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 2018-ci ilin “Qızıl topu”nun qalibi yayda “Real”ı tərk edə bilər. Modriçin Madrid klubu ilə müqaviləsi iyunun 30-dək qüvvədədir. O, yaxın vaxtlarda Florentino Pereslə gələcəyini müzakirə etmək üçün görüşməlidir və maaşının azaldılmasına hazırdır.
Modriç 2012/13 mövsümündən əvvəl “Real”a keçib. Xabi Alonso xorvatiyalı ilə iki ili Bernabeuda keçirib. Ötən il təcrübəli yarımmüdafiəçi "Kral klubu" ilə 1 illik müqavilə imzalayıb.