Ölmüş adamı saxta yolla nikaha daxil edəni hansı cəza gözləyir? - CAVAB
27 aprel 2023 18:02 (UTC +04:00)

Ölmüş adamı saxta yolla nikaha daxil edəni hansı cəza gözləyir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu ölmüş adamın saxta yollarla nikaha daxil edilməsi ilə bağlıdır.

Ötən gün Zaqataladan olan bir şikayətçinin İtaliyada yaşayan qardaşının adına ölüm kağızının verilməsi və ölmüş valideynlərinin nikaha daxil edilməsi barədə açıqlamasını vermişdik. 

Məlumata görə, hətta bunu edən şəxslər sağ adamın adına ölüm kağızı alıb və ölmüş valideynlərini "evləndirib"lər. 

Maraqlıdır, ölmüş şəxsi saxta yollara nikaha daxil edəni hansı cəza gözləyir? 

Məsələ ilə bağlı rubrikamızın sualına “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev cavab verib.

Onun sözlərinə görə, həmin şəxslər cinayət məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunur:

"Belə olan halda ölüm şəhadətnaməsi, şəxsin ölkədə olmaması və yaxud da nikah şəhadətnaməsinin dəyişdirilməsi ilə bağlı sənədlər ekspertizaya verilməlidir. Ekspertiza tərəfindən bu sənədlərin həqiqətə uyğun olub-olmaması araşdırılmalıdır. Əgər həqiqətən də ölmüş adama nikah şəhadətnaməsi düzəldiblərsə, bu cinayətdir. Cinayət Məcəlləsinin 313, 320-ci maddələri ilə (Rəsmi sənədlərin saxtalaşdırılması) məsuliyyətə cəlb olunur. Saxta alqı-satqı etmək dələduzluq cinayətinin də predimenti ola bilər. Bütün bunlar araşdırılıb, prokurorluq buna hüquqi qiymət verilməlidir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3981
avatar

Fidan İlqar

Oxşar yazılar