Azərbaycanda İNTERNET PROBLEMİ:  Kiberhücum olub - YENİLƏNİB
21 avqust 2025 16:52 (UTC +04:00)

Azərbaycanda İNTERNET PROBLEMİ: Kiberhücum olub - YENİLƏNİB

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Bu barədə Lent.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib.

Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.

Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub.

***

15:26

Ölkə üzrə internet provayderlərində problemlər müşahidə olunur.

Lent.az xəbər verir ki, bu məsələ ilə bağlı ümumiyyətlə dəqiqələrlə internetə çıxış imkanı mümkün olmayıb.

Sözügedən problemlə bağlı Lent.az-ın sorğusuna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1556

Oxşar yazılar