Ocaq üstə dolu qazanlar, boş qalan toy süfrəsi... - POLİS VAXTINDA YETİŞDİ  - FOTO
03 aprel 2021 18:35 (UTC +04:00)

Ocaq üstə dolu qazanlar, boş qalan toy süfrəsi... - POLİS VAXTINDA YETİŞDİ - FOTO

Gədəbəydə toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıələkbərli kəndində toy mərasiminin keçirilməi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19056
avatar

Oxşar yazılar