Novruz bayramında növbəti əfv ola bilər - AÇIQLAMA
16 fevral 2021 10:39 (UTC +04:00)

Novruz bayramında növbəti əfv ola bilər - AÇIQLAMA

“Əfv komissiyasının bu gün keçiriləcək iclasında hansı məsələlərin müzakirə olunacağı hələ məlum deyil”.

Bu sözləri Lent.az-a “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O həmçinin bildirib ki, qarşıdakı müddət ərzində növbəti əfv prosesinin keçirilməsi gözlənilir:

“Mart ayında prezidentin sərəncamı əsasında məhkumların növbəti əfv prosesinin keçirilməsi istisna deyil”.

Qeyd edək ki, əfv prosesi ildə bir və ya bir neçə dəfə keçirilə bilər. Proses il ərzində daha çox Yeni il, Novruz bayramları ərəfəsində, yaxud may ayında təşkil edilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678
avatar

Mehman Nəbiyev

Oxşar yazılar