Nəsir Əhmədli dəfn olundu - FOTO
08 iyun 2022 13:52 (UTC +04:00)

Nəsir Əhmədli dəfn olundu - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli Tovuzda dəfn olunub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Nəsir Əhmədli anadan olduğu Alakol kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, professir Nəsir Əhmədli dünən uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. O, 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən Bakı Dövlət Universitetinin "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.

# 2523
avatar

Oxşar yazılar