"Dərslik hazırda istifadədə deyil, yeni hazırlanır".
Bu barədə Lent.az-ın AMEA Tarix İnstitutunun VI sinif tarix dərsliyində 56 qüsur və səhv tapması barədə ünvanladığı sorğuya cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, dərslik layihəsi ekspertlərin və ictimaiyyətin müzakirəsinə çıxarılıb və trims.edu.az portalında yerləşdirilib:
"Rəy bildirilməsi üçün layihə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutuna da göndərilib. Tarix İnstitutunun mütəxəssislərinin hazırladığı rəy mayın 24-də Təhsil Nazirliyə daxil olub və nəzərə alınması üçün dərslik üzərində işləyən nəşriyyata göndərilib".