
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Nazirin anasına saxta əlillik təyin edilib? - RƏSMİ CAVAB

"Əmək və əhalinin sosial müdafiəsi nazirinin anası Nailə Babayevanın əlilliyinin guya əsassız məlumatlar yayılıb".
Lent.az məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, Nailə xanım 25 ildir ki, ağır şəkərli diabet - insulin xəstəsi olmaqla həmçinin ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkir:
"Ötən dövrdə dəfələrlə ağır ürək əməliyyatları keçirib, ürəyinə 6 stend qoyulub, sonradan ürəyində aorta koronar şuntlama əməliyyatı keçirilib.
Belə olan halda 2005-ci ildə ona təyin olunan əlilliyin guya 2016-cı ildə təyin edildiyi və əsassız olması barədə məqsədli dezinformasiya yaymaq ləyaqət hissindən uzaqdır.
Rüşvətxorluğa və saxtakarlığa görə Nazirlikdən uzaqlaşdırılan şəxslərin təşkilatçılığı ilə bu kimi yalan, böhtan tipli məlumatları yayanlar öz ailələrinin içində saxtakar axtarışına çıxsalar cəmiyyətə daha faydalı olarlar. Çünki onda əsl saxtakarın kim olduğunu biləcəklər".

Hicranə Əlişqızı
Oxşar yazılar

Buzlu havada avtomobili necə sürmək lazımdır? - TÖVSİYƏ
21 yanvar 2021 , 09:02
Kəlbəcərin Nadirxanlı kəndi - VİDEO
20 yanvar 2021 , 19:26
"20 yanvar qurbanlarının qisasını alacağıq!", demişdi... - İki bacının ŞƏHİD qardaşı - FOTO - VİDEO
20 yanvar 2021 , 18:44
Psixoloji yardım davam edir: daha 20 mütəxəssis gətirildi - FHN-VİDEO-YENİLƏNİB
20 yanvar 2021 , 18:02
Günün koronavirus STATİSTİKASI: 332 yoluxma, 897 sağalma, 12 ölüm
20 yanvar 2021 , 16:41
20 yanvar şəhidləri Şuşada anıldı-VİDEO
20 yanvar 2021 , 14:48
Qürur və and yerimiz-FOTOLENT
20 yanvar 2021 , 13:00
Bakıya qar yağacaq - PROQNOZ
20 yanvar 2021 , 12:27