Nazir müavinindən seli seyr edib telefona çəkənlərə  ÇAĞIRIŞ
01 iyul 2023 12:20 (UTC +04:00)

Nazir müavinindən seli seyr edib telefona çəkənlərə ÇAĞIRIŞ

Son zamanlar iqlim dəyişmələrinin fəsadları özünü daha qabarıq göstərməkdədir. Daha çox yağıntıların qeyri-bərabər paylanması müşahidə olunur. Belə ki, respublikanın bəzi bölgələrində aylıq normanın heç yarısı qədər yağıntı düşmədiyi halda əsasən dağlıq və dağətəyi bölgələrdə lokal güclü leysan nəticəsində sel-daşqın hadisələri baş verir. Bu ilin aprel ayından iyunun 30-dək 81 sel-daşqın hadisəsi qeydə alınıb. Bu gün, iyulun 1-də artıq 3 sel hadisəsi müşahidə olunub.

Lent.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Nazir müavini, həmçinin bəzi vətəndaşların sel-daşqın hadisələri zamanı məsuliyyətsız davranışlarına da fikir bildirib: "Təəssüflər olsun ki, bəzən sel-daşqın hadisələri ağır fəsadlarla, hətta ölümlə nəticələnir.

Əhaliyə xəbərdarlıq edilməsinə baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda təhlükənin ciddiliyi və ağır fəsadlar törədə biləcəyi nəzərə alınmır. Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var. Unutmamalıyıq ki, hadisə yerindən dərhal uzaqlaşmaq lazımdır. Selin istiqamətini öncədən müəyyənləşdirmək olmur.

Bununla yanaşı, sel iri gətirmələrlə, daş qaya ilə müşayiət oluna bilir. Bəzən əmlakını xilas etməyə çalışanlar öz həyatlarını təhlükə altına qoyurlar. Əhaliyə bir daha müraciət edirik ki, əlverişsiz hava şəraiti haqqında məlumatları mütləq şəkildə nəzərə alsınlar. Sel-daşqın hadisələri baş berən ərazilərdən mümkün qədər tez uzaqlaşmaq, daha hündür ərazilərə çıxmaq tövsiyə olunur. Bəzən bir neçə saniyə bizi böyük təhlükədən xilas edə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2616
avatar

Oxşar yazılar