Nazir erməni təxribatında yaralananlarla görüşdü, arzusunu açıqladı
19 mart 2023 14:01 (UTC +04:00)

Nazir erməni təxribatında yaralananlarla görüşdü, arzusunu açıqladı

Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlcə hospitalın həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub.

Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
General-polkovnik Z.Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran Müdafiə naziri onlara bayram sovqatları təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün istiqamətlərdə qazanılan uğurlardan danışan Nazir, hərbi tibb sahəsində əldə edilən nailiyyətləri xüsusi qeyd edib.
Müdafiə naziri Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən qardaş ölkəyə ezam olunan hərbi tibb personalı və hospitalın digər əməkdaşları ilə də görüşüb, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.
Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
General-polkovnik Z.Həsənov tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara göstərilən xidmətin daha keyfiyyətli təşkili və təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verib.

Müdafiə nazirinin Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarəti

# 2280
avatar

Oxşar yazılar

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00
Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39