14 may 2021 10:51 (UTC +04:00)

Nazir azad edilmiş ərazilərdə HHQ-nin DÖYÜŞ HAZIRLIĞINI YOXLADI

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) bölmələrindən birində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəxsiheyət üçün yaradılan şəraitlə tanış olan Müdafiə naziri ərazidə döyüş növbətçiliyi aparan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinə baxış keçirib.

Müdafiə naziri döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın daha etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

# 642
avatar

Oxşar yazılar