"Mərkəzimizdə 2020-ci ilin sonuna olan məlumata əsasən 33 718 nəfər narkotik istifadəçisi qeydiyyata alınıb".
Lent.az məlumat verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. O bildirib ki, sözügedən rəqəmdən 618 nəfəri qadın olub:
"Onların arasında 15-17 yaş arası olan isə 9 nəfər olub".