Sumqayıtda azyaşlının döyülməsi ilə bağlı cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
İstintaq hərəkətləri davam etdirilir.
İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaqdır.
***
saat 16:21
Azərbaycanda ananın sevgilsi uşaqlara şiddət göstərib.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, uşaqlara qadının sevgilsi şiddət göstərib:
“Hadisə Sumqayıtda olub. 3 bacı ananın sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalıb. Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən 12 iyun 2022-ci ildə təhqiqat başlanıb. Uşaqların anasını sevgilisi öz gününə salıb, narkotikdən asılı edib. Uşaqları təhlükəsizlik baxımından xala ilə baba Uşaq Sığınacağına yerləşdirib. Narkotik aludəçisi cinayətini gizlətmək üçün nələrə əl atmaz ki. 1 ildir ki uşaqlar təhsildən yayınıblar”.