Müsadirə olunan əmlaklar: Onların aqibəti hər kəsə MARAQLIDIR
04 sentyabr 2024 13:58 (UTC +04:00)

Müsadirə olunan əmlaklar: Onların aqibəti hər kəsə MARAQLIDIR

Azərbaycanda bəzi iş adamı və yüksək vəzifəli dövlət məmurlarının əmlakı həbs ediləndən sonra məhkəmə qərarı ilə müsadirə olunur. Belə ki, müsadirə edilən əmlak hərraca çıxarılır və şəxsin borcu oradan əldə edilən gəlir vasitəsilə qaytarılır. Adətən müsadirə olunmuş əmlak hərraca çıxarılan zaman real qiymətindən dəfələrlə ucuz təklif olunur.

Maraqlıdır, müsadirə edilən əmlaklar kiməsə satılırmı, aqibəti necə olur? Əmlakı hərraclarda qohumlar, yaxud ailə üzvləri ala bilərmi?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən hüquqşünas Şamil Paşayev müsadirə olunan əmlakların dövlət hesabına keçdiyini bildirib:

“Müsadirə olunan əmlaklar dövlət hesabına keçilir. Əgər əmlakı müsadirə edilmiş şəxsin borcu varsa, əmlak hərraca çıxarılır. Satılan məbləğlə borc geri qaytarılır. Ya da bağışlanır”.

Azərbaycan qanunvericiliyə görə, cinayət yolu ilə var-dövlət yığan şəxslərdən əmlakın müsadirə edilməsi Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən həyata keçirilir. Cinayət yolu ilə əldə olunan bütün əmlaklar dövlət büdcəsinə köçürülür. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əldə olunan əmlak barədə məhkəmə qərar verir. Əgər o cinayət yolu ilə əldə olunubsa, cinayətin predmetidirsə, məhkəmənin qərarından sonra icra məmurlarına göndərilir. Mülk haradadırsa, iş də həmin ərazinin icra məmuruna ünvanlanır. Daha sonra icra məmuru tərəfindən qiymətləndirmə keçirilir. Qiymət təyin olunduqdan sonra hərraca qoyulur və satışa buraxılır. Əgər alıcı olmasa, qiymətlər lazımi səviyyəyə qədər endirilir. Hərracda satılan əmlakın pulu dövlət büdcəsinə əlavə edilir.

Bəs, əmlakı müsadirə edilən şəxsin qohumları hərracda iştirak edə bilərmi?

Qeyd edək ki, qanunvericiliyə əsasən, əmlakı ələ keçirilən dövlət məmurunun qohumlarının hərracda iştirakına qadağa qoyulmur. Amma qəbul edək ki, belə bir addımı atmağı heç kim risk etməz. Çünki bu təbii şəkildə həmin şəxslərin də əlində olan vəsaitin cinayət yolu ilə qazanılan pullardan bir hissəsi olduğu barədə şübhə yaradar.

Əmlakların kimə aid olduğu və ya kimə satıldığı məlum olurmu? 

Qanuna əsasən, məhkəmə tərəfindən müsadirə olunan əmlaklar Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə göndərilir. Orada əmlakın kimə məxsus olduğu qeyd edilmir. Əmlakı gəlib alan şəxslər də kim olduqları barədə məlumat vermirlər. Sadəcə olaraq elektron müraciət qaydası ilə öz ad və soyadlarını, özlərinə aid olan məlumatları yerləşdirməklə hərracda iştirak edirlər. Ümumiyyətlə, nəinki müsadirə olunan əmlaklar, hərraca çıxarılan digər əmlakların da kim tərəfindən alındığı barədə məlumat yayılmır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2751
avatar

Fidan İlqar

Oxşar yazılar