Müharibə veteranlarının müavinətinin qaldırılması təklif olundu
11 iyun 2021 12:42 (UTC +04:00)

Müharibə veteranlarının müavinətinin qaldırılması təklif olundu

“Çernobılda 8000 nəfər iştirak edib, onlardan 5000-ə yaxın əlil olan var. Birinci Qarabağ müharibəsində 80 min nəfər iştirak edib, 15 min əlil var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, ümumilikdə götürəndə bu kateqoriya əlillərin sayı 21 minə qədərdir: “İkinci Qarabağ müharibəsi ilə bağlı statistika hələ hazır deyil. Əlillər arasında fərq qoyulmasına qarşıyam. Amma bu cür həssas təbəqəni incitmək, onların yenidən yoxlamadan keçirilməsi bu insanlara təsir edir”.

S.Novruzov əlillərin sayına görə ölkələr arasında müqayisə aparılmasına qarşı olduğunu da qeyd edib: “Bəzi ölkələrdə heç müharibə olmayıb, müharibədə iştirak edənləri yoxdur. Azərbaycanda isə əlillərin bir qismi müharibə əlilləridir”.

Siyavuş Novruzov müharibə veteranlarının kommunal xərcləri üçün ayrılan vəsaitin artırılmasını təklif edib: “Hazırda müharibə veteranlarına kommunal xərclərin ödənilməsi ilə bağlı 80 manat müavinət verilir. Hər bir veteran bundan fəxarət hissi keçirir. Ancaq ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb. Ona görə təklif edirəm ki, müharibə veteranları üçün ayrılan kommunal xərclər 130 manata çatdırılsın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının qarşılanmasına nail ola bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637

Oxşar yazılar

Süni intellekt bir foto ilə ölüm riskinizi  müəyyən edir

Süni intellekt bir foto ilə ölüm riskinizi müəyyən edir

22 may 2025 , 19:20
Ən tənbəl  BÜRCLƏR AÇIQLANDI

Ən tənbəl BÜRCLƏR AÇIQLANDI

22 may 2025 , 18:32
Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

22 may 2025 , 17:40
Nazim Rəcəbov 4 ölkədən  olan həmkarı ilə görüşdü

Nazim Rəcəbov 4 ölkədən olan həmkarı ilə görüşdü

22 may 2025 , 17:13
Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

22 may 2025 , 16:41
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

22 may 2025 , 16:38
Baş prokuror Vyanada işgüzar səfərdədir

Baş prokuror Vyanada işgüzar səfərdədir

22 may 2025 , 15:35
Ərşad Əzimzadə

Sağlamlığın səkkiz SƏSSİZ DAHİSİ

22 may 2025 , 15:25