Müharibə iştirakçısının iddiası əsassız çıxdı -VİDEO
09 sentyabr 2022 16:50 (UTC +04:00)

Müharibə iştirakçısının iddiası əsassız çıxdı -VİDEO

Vətən müharibəsi iştirakçısı dövlət məşğulluq agentliyinin İmşli rayon şöbəsində etiraz edib.

Lent.az xəbər verir ki, İmişli rayon sakini, Vətən müharibəsi iştirakçısı Tağızadə İlqar Mənəf oğlu özünəməşğulluq proqramında iştirak etmək üçün rayon Dövlət Məşğulluq Agentliyinin rayon şöbəsində çəkiliş aparıb. Belə ki, müharibə iştirakçısı ona özünəməşğulluq üçün ev heyvanı verilmədiyini deyərək etiraz edib. Ancaq şöbə əməkdaşının təkidilə İ. Tağızadə çəkilişi dayandırıb.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən Lent.az-a bildirilib ki, İlqar Tağızadənin özünün mal-qarası olduğu üçün qanuna əsasən, ona əlavə ev heyvanları verilmir:

"Vətən müharibəsi veteranlarının sosial dəstəklə əhatə olunması, onların qarşılaşdıqları çətinliklərin həlli məqsədilə ardıcıl işlər görülür və bu barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar təqdim olunur. 
Vətən müharibəsi iştirakçısı olan İmişli rayon sakini Tağızadə İlqar Mənəf oğlunun da Vətən müharibəsindəki xidmətləri nəzərə alınaraq ona 2022-ci il yanvarın 1-dən müharibə veteranı statusu verilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü ödənilir.

Bundan başqa, İlqarın özünüməşğulluq proqramına cəlb edilməsi üçün 13 iyun 2022-ci ildə yaşadığı ünvanda maddi-məişət şəraitinə baxış keçirilib. Monitorinq zamanı onun mülkiyyətində nəqliyyat vasitəsi və həyətyanı təsərrüfatında 4 baş iribuynuzlu heyvan və 15 baş xırdabuynuzlu heyvan mövcud olduğu üçün, qaydalara uyğun olaraq özünüməşğulluq proqramına qoşula bilməyib".

Agentlikdən həmçinin bildirilib ki, İlqar Tağızadə bir neçə nəfərlə şöbəyə gələrək qaydaları pozub:

“Qanunvericiliyin tələbləri və özünüməşğulluq proqramının mahiyyəti barədə İlqara dəfələrlə izah edilməsinə baxmayaraq, sentyabrın 8-də bir neçə nəfərlə birgə Dövlət Məşğulluq Agentliyinin İmişli rayon nümayəndəliyinə gələrək qəbul qaydalarını pozub, icazəsiz çəkiliş aparıb, statusundan sui-istifadə edərək imtina qərarının dəyişdirilməsi üçün cəhdlər edib.

Qalib ordumuzun əsgəri adindan sui-istifadə edərək hüququ yaranmadığı halda hər hansı sosial dəstək tədbirindən yararlanmağa çalışmaq və buna ehtiyacı olan aztəminatlı veteranların və şəhid ailələrinin haqqına girməyə cəhd etmək yolverilməzdir. Bu barədə Vətən müharibəsi veteranlarının sosial dəstəklə əhatə olunması, onların qarşılaşdıqları çətinliklərin həlli məqsədilə ardıcıl işlər görülür və bu barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar təqdim olunur”.

Qazi İmişlidə etiraz etdi

# 2979
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16
® "Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

®"Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

3 dekabr 2022 , 12:44
Sabahın havası: -10 dərəcə şaxta  olacaq

Sabahın havası: -10 dərəcə şaxta olacaq

3 dekabr 2022 , 12:37
MEDİA jurnalist Səbuhi Məmmədliyə baş çəkib - FOTO

MEDİA jurnalist Səbuhi Məmmədliyə baş çəkib - FOTO

3 dekabr 2022 , 11:50
"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

3 dekabr 2022 , 11:21
Xalq rəssamının heyrətamiz əmanəti “Xalq Bank”da - VİDEO ®

Xalq rəssamının heyrətamiz əmanəti “Xalq Bank”da - VİDEO®

3 dekabr 2022 , 10:47