MİQ imtahanında internet kəsildi  - Müəllimlər...
10 iyul 2024 09:52 (UTC +04:00)

MİQ imtahanında internet kəsildi - Müəllimlər...

Ötən gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanı mərhələsi keçirilib.

Lent.az Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, Gəncə şəhər 18 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində şəbəkəni təmin edən optik kabelin sıradan çıxması imtahan prosesinin dayandırılmasına səbəb olub.

Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün test imtahanı növbəti tarixə dəyişdirilib.

İnsan Resursları Mərkəzi bəyan edib ki, sözügedən imtahan mərkəzində olan namizədlərin şəxsi səhifələrinə növbəti test imtahanı ilə bağlı müvafiq məlumat göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahan tarixi və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, 9 iyul tarixində təşkil olunan imtahana 7 015 namizəd dəvət olunub. Ümumilikdə 83% davamiyyət qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2268
avatar

Oxşar yazılar

Bakı metrosunda qatarlar yubandı

Bakı metrosunda qatarlar yubandı

16 iyul 2024 , 09:17
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

16 iyul 2024 , 08:36
Prezidentin açılışını etdiyi parkdan FOTOREPORTAJ

Prezidentin açılışını etdiyi parkdan FOTOREPORTAJ

15 iyul 2024 , 17:18
Bakının bu rayonunda su kəsiləcək

Bakının bu rayonunda su kəsiləcək

15 iyul 2024 , 16:36
Sabah isti diskomfort hava şəraiti – Bu insanlara TƏHLÜKƏLİDİR

Sabah isti diskomfort hava şəraiti – Bu insanlara TƏHLÜKƏLİDİR

15 iyul 2024 , 16:13
Hövsanda podratçı şirkət qaydaları POZDU

Hövsanda podratçı şirkət qaydaları POZDU

15 iyul 2024 , 15:53
Sabah çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ

Sabah çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ

15 iyul 2024 , 13:50
Səyyad Salahlı və Siyavuş Heydərov işdən çıxarıldı

Səyyad Salahlı və Siyavuş Heydərov işdən çıxarıldı

15 iyul 2024 , 13:08