12:48 21 yanvar 2021

Milli parklar açılır - SABAHDAN

Sabahdan milli parklar ziyarətçilər üçün açılır.

Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, milli parklar əvvəlki rejimdə, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərəcək:

"Turistlər karantin rejiminin tələblərinə əməl etməklə milli parkları ziyarət edə və qapalı məkanlar istisna olmaqla, açıq havada təbiətimizin gözəlliklərini seyr edə bilərlər".

Qeyd edək ki, milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

# 1005
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar