"Sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində Bakı metropoliteni 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb".
Bu barədə Lent.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, orta hesabla gün ərzində 350 000 - 400 000 civarında sərnişin daşınır.