“Bakıda yeni metro stansiyasının tikintisinə başlanılması üçün hazırlıq görülür”.
Bu sözləri Lent.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı “B4” stansiyasının tunelləri daha əvvəl inşa olunub:
“Sözügedən stansiya “8 Noyabr” stansiyasının davamı olacaq. Yaxın zamanlarda “B4” stansiya kompleksinin də tikintisinə başlanılması gözlənilir. Bu stansiya da texniki təchizat cəhətdən Bənövşəyi xəttin əvvəlki stansiyaları kimi ən müasir avadanlıqlarla təchiz olunacaq”.
B.Məmmədov əlavə edib ki, tikinti işləri ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək:
“Nəsimi rayonunda Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək metrostansiyanın tikintisinin nə vaxt bitəcəyi barədə məlumatı dəqiq demək isə mümkün deyil”.