Metroda sosial məsafəni təmin etmək üçün  YENİLİK OLACAQ
29 may 2021 13:50 (UTC +04:00)

Metroda sosial məsafəni təmin etmək üçün YENİLİK OLACAQ

“May ayının 31-dən Bakı metropoliteninin fəaliyyətinin bərpa olunmasından sonra metroda istifadə qaydaları qalmaq şərtilə, pandemiya şəraiti davam etdiyi və xüsusi karantin rejimi uzadıldığı üçün sərnişinlər bir sıra qaydalara ciddi şəkildə əməl etməli olacaqlar”.

Bunu “APA-Economics”ə qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bunlardan ən vacibi tibbi maskaların düzgün taxılması, digəri isə sosial məsafənin qorunması ilə bağlıdır: "Sosial məsafəni təmin etmək məqsədilə Bakı metropoliteni tərəfindən bir sıra məsələlər həll edilməlidir. Qatarlar ən optimal qrafikə uyğun olaraq günün saatından asılı olmayaraq hərəkət edəcəklər. Təbii ki, ehtiyat qatarları da mütləq səkildə nəzərə alınacaq və qrafik üzrə lazım olduqda onlar da xəttə buraxılacaq”, - B. Məmmədov qeyd edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2427
avatar

Oxşar yazılar