"Növbəti yumşalma zamanı metronun açılması gündəmə gələ bilər”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib: "İctimai nəqliyyatı biz ya tamamilə bağlamalı, ya da açmalıyıq. Metronun açılması hazırda aktivliyin artmasına gətirib çıxaracaq. Metronun bağlanması qərarı verildikdə əsas məqsədimiz aktivliyin aşağı salınması idi”.