Mətbuat Şurasında qazi jurnalistlərlə görüş
23 iyun 2021 18:01 (UTC +04:00)

Mətbuat Şurasında qazi jurnalistlərlə görüş

Mətbuat Şurasında qazi jurnalistlərlə görüş keçirildi - FOTOLENT

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 44 günlük Vətən Müharibəsində əsgər və zabit kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş toplantı torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində iştirak etmiş oğul və qızlarımızın qəhrəmanlığı dillərə dastandır. Bu müharibə xalqımızın əzminin və iradəsini təcəssümüdür. “Biz media ictimaiyyətinin nümayəndələri fəxr edirik ki, bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər. Mətbuat Şurası olaraq Sizlərin – tədbirimizə toplaşan Vətən müharibəsi iştirakçısıba çevrilmiş həmkarlarımızın fədakarlıqlarını, təəssübkeşliklərini yüksək qiymətləndiririk. Sizlərə təşəkkür üçün nə desək azdır, haqqınız ödənilməzdir. İstədik ki, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə sizləri bir araya toplayaq, əməyinizi xatırlayaq. Unutmayın ki, keçdiyiniz şərəfli ömür yolu böyük örnəkdir. Həm də ona görə örnəkdir ki, sizlər qələminizi süngüyə dəyişmək cəsarətini göstərdiniz. Bir daha minnətdarlığımı bildirirəm”, - deyə Ə.Amaşov vurğulayıb ki, Vətən müharibəsi gedişində Mətbuat Şurasının İdarə Heyətinin üzvləri cəbhədə döyüşən jurnalistləri diqqətdə saxlayıb, onların ailə üzvləri ilə mütəmadi təmaslar yaradıblar.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, müharibə müddətində qələmini süngüyə dəyişmiş jurnalistlərimiz son dərəcə böyük peşəkarlıq göstərdilər. Onlar konkret olaraq hərbçi funksiyasını yerinə yetirdilər. Halbuki Ermənistan tərəfdə mövcud istiqamətdə manipulyasiyalar var idi. Ermənilər çalışırdılar ki, döyüşlərə qatılmış jurnalistləri ən qaynar nöqtələrə aparsınlar və orada onların üzləşəcəyi hər hansı durumu Azərbaycan tərəfinin jurnalistikaya təzyiqi kimi qiymətləndirsinlər. “Azərbaycan Mətbuat Şurası bu sayaq məsələlərlə bağlı beynəlxalq media qurumlarına müraciət ünvanladı. Onların diqqətini bu faktlara yönəltdi”, - deyə M.Ələsgərli əlavə edib.

Görüşdə çıxış edən jurnalistlər – Taleh Şahsuvarlı, Mahal Məmmədov, Nahid Salayev, Emin Piri, Nəsimi Şərəfxanlı, Rza Bəbirov və başqaları Azərbaycan Mətbuat Şurasının saytında Vətən müharibəsində döyüşmüş jurnalistlərlə bağlı ayrıca bölmənin yaradılmasını, onlarla əlaqədar bilgilərin sistemləşdirilməsini təklif ediblər.

Görüşdə müharibə şəraitində jurnalist peşəkarlığının müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.

Toplantıda cəbhədə döyüşmüş jurnalistlər Mətbuat Şurasının “Qələmdən süngüyə” mükafatı ilə də təltif ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2259

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07