Türkiyəli məşhur müğənni Demet Akalın yanğında evini itirən Fatma Öksüzoğluna verdiyi sözü tutub.
Lent.az ölkə mediasına istinadən xəbər verir ki, Antalyanın Manavqat bölgəsində çıxan yanğınlardan sonra evinin qarşısındakı baxçada yataq örtüyündə yatan yerdə şəkli çəkilərək sosial mediada paylaşılan F.Öksüzoğluna yeni ev tikdirəcəyi barədə məlumat vermişdi.
Müğənni sosial şəbəkə hesabından tikilməkdə olan evin görüntülərini paylaşıb.