Məktəblilərin tətil vaxtı DƏYİŞDİ
11 sentyabr 2021 12:55 (UTC +04:00)

Məktəblilərin tətil vaxtı DƏYİŞDİ

Nazirlər Kabineti Azərbaycanda 2021-2022-ci il tədris ilinin gec başlaması ilə bağlı məktəblərdə tətil günlərinin vaxtını dəyişdirib.

Lent.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib.

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilib.

# 80976
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar