Məktəblərdə  payız tətili   başlayır: BU TARİXDƏN
11 noyabr 2022 12:42 (UTC +04:00)

Məktəblərdə payız tətili başlayır: BU TARİXDƏN

Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

Elm və Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, payız tətili noyabrın 16-20-sini əhatə edir.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il fevralın 24-dəki 66 saylı qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

# 3519
avatar

Fidan İlqar

Oxşar yazılar