Məlum olduğu kimi, dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası təsdiq edilib.
Bu barədə Lent.az-a məlumat verən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, günüuzadılmış qruplara I-IV sinif şagirdləri tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək:
- Hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək,
- Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək,
- Qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq,
- Qrupda məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılacaq,
- Tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən ediləcək.
- Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək.