Məktəbdə Nizami muzeyi AÇILDI  - FOTO
17 iyun 2021 20:50 (UTC +04:00)

Məktəbdə Nizami muzeyi AÇILDI - FOTO

Bakının 113 nömrəli tam orta məktəb rəhbərliyinin təşəbbüsü ilə Nizami muzeyinin yaradılmasına qərar verilib.

Lent.az xəbər verir ki, iyunun 12-də muzeyin açılışı olub.

Açılışda Kürdəxanı qəsəbəsi ağsaqqalları İlyas Zülfüqarov, Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikası Xalq Artisti Vamiq Məmmədəliyev, Sabunçu rayonu üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev, məktəb rəhbərliyi, məktəbin KA rəhbəri C.Yolçiyev, məhdud sayda müəllim və şagirdlər iştirak ediblər.

Muzeydə dahi şairin poemalarına rəssam R.Cəfərov tərəfindən çəkilmiş rəsm əsərləri, poemaları əks etdirən miniatürlər toplusu, şairin kəlamları, Nizami məqbərəsi, Şah Abbas məscidi və İmamzadə komleksinin maketi və "Yeddi Gözəl" poemasının kompozisiyası yer alıb.

Bundan əlavə şairin büstü hazırlanaraq məktəbimizin muzeyinə hədiyyə edilib. Qonaqlar məktəbdə belə bir muzeyin yaradılmasını təqdirəlayiq iş olduğunu vurğulayıblar.

Sonra qonaqlar məktəbdə 1 iyun Beynəlxalq Uşaqları Müdafiə günü münasibətilə yaradılmış muzeydə olublar. Muzey eksponatları ilə yaxından tanış olan qonaqlar uşaqlar üçün yaradılmış muzeydən məmnun qalıblar.

Tədbirin sonunda muzeyin yaradılması ilə bağlı hazırlanmış sənədli film nümayiş edilib. Tədbir pandemiya qaydalarını gözləməklə həyata keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə bu il Nizami Gəncəvi ili elan edilib.

# 2058
avatar

Oxşar yazılar