Məktəb direktoru Nailə Məmmədova
23 dekabr 2020 12:04 (UTC +04:00)

Məktəb direktoru Nailə Məmmədova

“Məktəb direktoru vəzifəsindən azad olunmalıdır” - DEPUTAT

Məlum olduğu kimi, Bakı şəhəri 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılıb.

Lent.az məlumat verir ki, bu barədə fikirlərini sosial şəbəkə hesabında yazan tanınmış təhsil eksperti, deputat Etibar Əliyev bildirib ki, belə məktəb direktoru təcili vəzifəsindən azad olunmalıdır:

"Pandemiyanın tüğyan etdiyi bir dövrdə məktəb direktorları və müəllimlər daha məsuliyyətli olmalıdırlar. Ancaq təəsüflər olsun ki, N.Məmmədova kimi məktəb direktoru bilərəkdən qaydaları pozmaqla saymamazlıq nümayiş etdirib".

Xatırladaq ki, N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Həmçinin DİN tərəfindən Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2973
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar