Maşın nömrələri 6 rəqəmli olacaq  deyənlərlə bağlı araşdırmalara   başlanıldı - YENİLƏNİB
21 noyabr 2025 18:01 (UTC +04:00)

Maşın nömrələri 6 rəqəmli olacaq deyənlərlə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB

0

Dövlət qeydiyyat nişanları ilə bağlı yalan məlumat yayanlarla bağlı araşdırmalara başlanılıb.

Lent.az xəbər verir ki. bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib:

"Sosial şəbəkələrdə bilərəkdən yanlış məlumat yayan şəxslərlə bağlı müvafiq araşdırmalara başlanılıb. Qanunvericiliyin tələblərinə zidd şəkildə vətəndaşları yanıldan paylaşımların müəllifləri barədə hüquqi qiymət verilməsi üçün materiallar aidiyyəti üzrə təqdim olunub".

***
15:23

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Azərbaycanda dövlət qeydiyyat nişanlarının 6 rəqəmli olacağı ilə bağlı məlumatlar yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev isə bunun həqiqət olmadığını bildirib:

"Altı rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar