Magistratura imtahanının cavabları çıxdı -  DİQQƏT
28 may 2021 12:31 (UTC +04:00)

Magistratura imtahanının cavabları çıxdı - DİQQƏT

Mayın 26-da keçirilmiş ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdinin cavabları açıqlanıb.

Lent.az məlumat verir ki, cavablar artıq bakalavrlara sms vasitəsilə göndərilməyə başlayıb.

Qeyd edək ki, cavablarla tanış olmaq üçün “7727” koduna iş nömrənizlə birgə 2 (imtahanın ikinci cəhdi) yazıb göndərə bilərsiniz.

Əlavə edək ki, cavablar birazdan Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yerləşdiriləcək.

# 2052
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar