Laçın-Xankəndi yolundakı etirazların 22-ci günü -  FOTO
02 yanvar 2023 09:44 (UTC +04:00)

Laçın-Xankəndi yolundakı etirazların 22-ci günü - FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Lent.az bildirir ki, APA-nın Şuşaya ezam olunan əməkdaşının xəbərinə görə, artıq 22-ci gündür davam edən aksiyada iştirakçılar etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.

Aksiyaçılar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər.

Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.

# 1566
avatar

Oxşar yazılar

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb

23 mart 2023 , 00:01
Bakının bu küçəsində hərəkət dayandırılır

Bakının bu küçəsində hərəkət dayandırılır

22 mart 2023 , 17:12
“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

22 mart 2023 , 13:07
Sabah 22 dərəcə  isti olacaq

Sabah 22 dərəcə isti olacaq

22 mart 2023 , 12:55
QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verdi

QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verdi

21 mart 2023 , 16:51
Şuşada ekoaksiya Novruz şənliyi fonunda belə davam edir-FOTOLENT

Şuşada ekoaksiya Novruz şənliyi fonunda belə davam edir-FOTOLENT

21 mart 2023 , 15:58
Sabah hava belə olacaq-PROQNOZ

Sabah hava belə olacaq-PROQNOZ

21 mart 2023 , 12:38
100 gün oldu-FOTO

100 gün oldu-FOTO

21 mart 2023 , 09:47