Laçın-Xankəndi yolunda "yolka"  quruldu - FOTO
30 dekabr 2022 12:30 (UTC +04:00)

Laçın-Xankəndi yolunda "yolka" quruldu - FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Şuşa şəhərində-Laçın-Xankəndi yolunda aksiyası davam edir.

Lent.az APA-ya istinadən xəbər verir ki, iştirakçılar Yeni İl münasibətilə aksiya keçirilən yerdə "yolka" qurulub.

Qeyd edək ki, yeni ilin simvolu sayılan ağac tullantı plastik qablardan hazırlanıb.

Aksiya bu gün artıq on doqquz gündür davam edir.

Dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3390
avatar

Oxşar yazılar