Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan gizir Nəzər Əzizovun övladı ilə videosu yayılıb.
Lent.az xəbər verir ki, şəhidin qızı ilə çəkilmiş son videosu sosial şəbəkədə xeyli paylaşılıb.
Qeyd edək ki, şəhid ailənin tək oğlu idi. Onun qızından sonra 6 yaşlı oğlu da var və bu il birinci sinfə gedir.
Xatırladaq ki, şəhid Nəzər Əzizov Kürdəmir rayonunun Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!