Kürdəmirdə 16 yaşlı qız ərə verilir.
Bu barədə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional Qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidovun Lent.az-a açıqlamasını diqqətinizə çatdırıram:
"Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur.
Polis əməkdaşları məktəblinin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Valideynləri isə ailə daxilində kiçik bir mərasimin keçirildiyini səmimi etiraf edərək, övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər".